"Monako"dan ayrılan futbolçu Bolqarıstan klubunda

18:51 - 3 Sentyabr 2018

"Monako"dan ayrılan kot-d-ivuarlı hücumçu Lasina Traore sürpriz qərar verib.

 

Sportal.az xəbər verir ki, 28 yaşlı forvard karyerasını Bolqarıstanda davam etdirəcək. Traore "Levski" ilə anlaşma əldə edib. Hücumçunun Soiya təmsilçisi ilə müqaviləsinin şərtləri bəlli deyil.

 

Qeyd edək ki, Lasina Traore 2014-cü ildə "Anji"dən "Monako"ya 10 milyon avroya keçmişdi. Traore "Everton", ÇSKA, "Sportinq Xixon" və "Amyen" klublarında icarə əsasında çıxış edib.

Xəbər xətti