Millimizin heyətində dəyişiklik

23:52 - 3 Sentyabr 2018

UEFA Millətlər Liqası çərçivəsində sentyabrın 7-də Bakı Olimpiya Stadionunda Kosovo yığmasına qarşı keçiriləcək oyuna hazırlıq məqsədilə Bakıda təlim-məşq toplanışında olan Azərbaycan millisinin heyətində dəyişiklik baş verib.

 

Sportal.az xəbər verir ki, Səlahət Ağayev atasının vəfatı ilə əlaqədar millinin düşərgəsindən ayrılıb. Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

 

Onun əvəzinə toplanışa Şahruddin Məhəmmədəliyev dəvət olunub.

Xəbər xətti