"Yuventus"dan ayrılan futbolçu "Zenit"də

00:47 - 4 Sentyabr 2018

25 ildən sonra "Yuventus"dan ayrılan Klaudio Markizio karyerasını Rusiyada davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi "Zenit"ə keçib. İtaliya millisinin sabiq üzvüylə 2 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, Markizio "Yuventus"un yetirməsidir və 1993-cü ildən bu klubun aşağı yaş qruplarından əsas komandaya qalxmışdı.

Xəbər xətti