"Sabah"ın futbolçusu milliyə dəvət aldı

15:36 - 4 Sentyabr 2018

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətinə daha bir oyunçu dəvət olunub.

 

Sportal.az xəbər verir ki, "Sabah” klubunun üzvü Eltun Turabov da Rəşad Sadıqovun baş məşqçisi olduğu millinin hazırlıq prosesinə qoşulub.

 

U-21 millimiz Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 6-da, saat 21:00-da “Dalğa Arena”da İsrail yığması ilə qarşılaşacaq.

Xəbər xətti