"Qəbələ" divizion klubunu məğlub etdi

00:25 - 5 Sentyabr 2018

“Qəbələ” yoxlama oyunu keçirib. 

 

Sportal.az xəbər verir ki, “qırmızı-qaralar” Birinci Divizion təmsilçisi MOİK-lə üz-üzə gəlib. Qarşılaşma “Bakı” FK-nın təlim-məşq bazasında baş tutub. 

 

Sənan Qurbanovun baş məşqçisi olduğu komanda matça aşağıdakı “11-lik”lə başlayıb: Aqil Məmmədov, Abbas Ağazadə, Faiq Hacıyev, Elvin Camalov, Roman Hüseynov, Vojislav Stankoviç, Rasim Ramaldanov, Ceyms Adeniyi, Stiven Monroz, Əli Sadıxov, Samir Qurbanov.

 

Görüş “qırmızı-qaralar”ın üstünlüyü şəraitində keçib. Lakin komanda ilk hissənin sonlarına qədər hesabı aça bilməyib. 35-ci dəqiqədə Ceyms Adeniyi Bakı klubunun qapısına yol tapıb. Bu qoldan üç dəqiqə sonra Əli Sadıxov fərqlənib – 2:0. Fasilədə və ikinci hissənin gedişində komandalar bir neçə oyunçu dəyişikliyi gerçəkləşdirib. “Qəbələ”də Rüstəm Nuriyev, İdris İnqilablı və Vüsal Məsimov meydana daxil olub. Fasilədən sonra komanda daha iki qol vurub. Stiven Monroz fasilədən az sonra fərqi artırıb – 3:0. Hissənin ortalarında isə Samir Qurbanov 4-cü topu bakılıların qapısından keçirib. 

 

Beləliklə, “Qəbələ” MOİK üzərində 4:0 hesablı qələbə qazanıb. “Qırmızı-qaralar” sentyabrın 8-də “Zirə” ilə qarşılaşacaq.

 

Yoxlama oyunu

4 sentyabr

 

"Qəbələ" - MOİK 4:0

Qollar: Ceyms Adeniyi, 35, Əli Sadıxov, 38, Stiven Monroz, 47, Samir Qurbanov, 68.

Xəbər xətti