Filip Ozobiç: "Qəbələ"də mənim qalmağımı istəyirdilər" MÜSAHİBƏ

11:34 - 5 Sentyabr 2018

"Qarabağ"ın yarımmüdafiəçisi Filip Ozobiç Xorvatiya mətbuatına müsahibə verib.

 

Sportal.az 27 yaşlı futbolçunun müsahibəsini təqdim edir:

 

- "Şerif"lə oyunda (3:0) möhtəşəm qola imza atdınız.

- Antun Paliçi keçdim və dərhal qapıya atəş açmağı düşündüm. Vurduğum qoldan sonra hesab 3-0 oldu. "Şerif" yaxşı komandadır. Amma iki oyuna baxsaq, mərhələ adlamağa biz layiq idik.

 

- İki il əvvəl "Lill"ə də buna bənzər qol vurmuşdunuz.

- Bəli, mən ümid edirəm ki, bu, son deyil. Azərbaycan çempionatında yaxşı məqsədlərim var.

 

- Nə üçün "Qarabağ"a keçdin?

- Bu komanda ardıcıl 5 dəfə çempion olub. "Qəbələ" böyük klub olsa da, "Qarabağ" daha yüksək səviyyəlidir. Hər şey üst səviyyədə təşkil edilib. Futbolçuların problemi yoxdur. "Qəbələ" ilə müqavilə başa çatmışdı, onlar mənim qalmağımı istəyirdi. Amma yaxşı təklif aldım və getmək qərarı verdim.

 

- Çindən də təklif almışdınız?

- Bəli, təklif almışam. Məni transfer etmək istəyirdilər.

 

- Qəbələ şəhərində rəqib kimi oyuna çıxmısan?

- Azarkeşlə gedişimə kədərləndilər. Lakin futbolda belə hallar baş verir. Hesab edirəm ki, rəqib kimi ora getməyimdə problem olmaz. Mənim karyeramda uğurlar arzuladılar. Yaxşı münasibətlərim var.

 

- Bakıda oynayan "Qarabağ"ın, yoxsa Qəbələdə oynayan "Qəbələ"nin azarkeşləri çoxdur?

- "Qarabağ"ın daha çox azarkeşləri var.

 

- Ante Çaçiçin rəhbərliyi dönəmində Xorvatiya millisinə dəvət almışdınız. Hətta Çində keçirilən turnirdə milli formanı da geymişdiniz. Azərbaycanda olduğun müddətdə milliyə çağırılmaq şansın azdır. Yığmadan dəvət gözləyirsiniz?

- Mən "Qarabağ"ın necə dəyərli komanda olduğunu gözəl anlayıram. Bu klubdan təklif alanda uzun müddət düşünmədim, dərhal qəbul etdim. Hazırda çox xoşbəxtəm. Milliyə iddiam olmadığı doğru deyil. "Qarabağ" böyük klubdur, burada uğurlar qazana bilərəm.

 

- Avropa Liqasında "Arsenal", "Vorskla" və "Sportinq"lə eyni qrupa düşmüsünüz. Şanslarınızı necə dəyərləndirirsən?

- Çətin qrupdayıq. "Arsenal"la "Sportinq" Çempionlar Liqası səviyyəsində olan klublardır. "Vorskla" isə onlara baxanda zəifdir. Biz qrupdan çıxmaq istəyirik. Mümkün qədər xal toplamalıyıq.

Xəbər xətti