Marselo nöqtəni qoydu: "Ayrılmaq fikrim yoxdur"

Kriştiano Ronaldonun "Real"dan ayrılmasından sonra Madrid klubunda xoşbəxt olmadığı iddia olunan və "Yuventus"da oynamaq istədiyi haqda xəbərlər dolaşan Marselo açıqlama verib.

 

Sportal.az xəbər verir ki, Braziliya millisinin üzvü məlumatları təkzib edib: "Real"da çox xoşbəxtəm. Uzun müddətli müqaviləm var. Mənə görə dünyanın ən yaxşı klubundayam. Karyeramın sonuna qədər burada uzun müddət qalacam. Ayrılmaq fikrim yoxdur. Özümü "Real"da 18 yaşında həyəcanlı olduğum kimi hiss edirəm".

 

Qeyd edək ki, 30 yaşlı müdafiəçi 2007-ci ildən "Real"da çıxış edir.

Tarix: 6 Sentyabr [01:15]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
26 Sentyabr 2018
25  Sentyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio