"Səbail" "Şüvəlan"la qarşılaşacaq

17:46 - 7 Sentyabr 2018

Milli komandaların oyunları ilə əlaqədar  Topaz Premyer Liqada yaranmış fasilədən istifadə edən "Səbail" daha bir yoxlama oyunu keçirəcək.
 

Sportal.az xəbər verir ki, rəqib birinci divizion təmsilçisi "Şüvəlan" olacaq. Sentyabrın 8-də "Bayıl Arena"da keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.

 

Qeyd edək ki, "Səbail" bundan əvvəl yoxlama oyununda "Keşlə"yə 1:2 hesabı ilə məğlub olub.

Xəbər xətti