Bernard Şalland: "Nəticədən narazı deyiləm" MÜSAHİBƏ

22:35 - 7 Sentyabr 2018

Kosovo yığması UEFA Millətlər Liqasının D Liqasının III qrupunun ilk turunda səfərdə millimizlə qarşılaşıb və 0:0 hesablı heç-heçə edib.

 

Sportal.az xəbər verir ki, oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən kosovoluların baş məşqçisi Bernard Şalland fikirlərini bildirib. İsveçrəli mütəxəssis öncə oyun barədə danışıb:

 

- Bu nəticədən narazı deyiləm. Azərbaycan yaxşı və təhlükəli komandadır.  Ona görə də 1 xaldan narazı olmamalıyıq. Biz komanda şəkilində yaxşı müdafiə olunduq. Azərbaycanın heyətində yaxşı futbolçular var. Xüsusən də Riçard Almeydanın adını çəkmək lazımdır, o, çox ağıllı və təhlükəlidir. Komandamın hücum xəttindən narazıyam. Topu çox gecikdirdik, uzun ötürmələrdən istifadə edə bilmədi. Lakin bundan daha yaxşı çıxış edə bilərdik.

 

- Oyun rəsmi matçdan çox, yoldaşlıq qarşılaşmasına bənzəyirdi. Bunun səbəbi nə idi?

- Yox, bu fikirlə razı deyiləm. Biz rəsmi matça çıxmışdıq və hər iki komanda yaxşı mübarizə apardı. Əgər belə düşünsək, hər iki komandaya hörmətsizlik etmiş olarıq.

 

- Komanda son oyunlarda daha çox hücumameyilli futbol sərgiləyirdi. Ancaq bu gün müdafiə xəttinə diqqət yetirdiniz. Sanki Azərbaycana  1 xal üçün gəlmişdiniz.

- Haqlısınız. Biz daha çox topla oynamalıydıq. Lakin rəqib buna imkan vermədi. Dediyim kimi, rəqib güclü idi və ötürmələrdən daha yaxşı istifadə edirdi.

 

- Sanki nəticədən narazısınız.

- Azərbaycan gücü komandadır.  Bakı səfərindən 1 xalla qayıtmaq yaxşı nəticədir. Ola bilər ki, nəticə rəqibin baş məşqçisini narazı salsın. Ancaq bizim də qol vurmaq üçün çox yaxşı imkanlarımız oldu.  Məncə, hər iki komanda eynisəviyyəli futbol sərgilədi. Bilirəm ki, çox gözəl oyun olmadı. Bəzən 1 xal üçün də oynamaq lazımdır.  Səfərdə 1 xal yaxşı nəticədir.

Xəbər xətti