Con Terri "Qarabağ"ın rəqibindən imtina etdi, Rusiya klubunu seçdi

14:14 - 8 Sentyabr 2018

"Aston Villa"dan ayrılan Con Terri karyerasını Rusiyada davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, 37 yaşlı müdafiəçi "Spartak"la anlaşıb. İngiltərə millisinin sabiq üzvü Moskva təmsilçisi üçün tibbi müayinədən keçib. O, yeni klubuyla 1+1 illik müqavilə imzalayacaq.

 

Con Terri "Qarabağ"ın Avropa Liqasındakı rəqibi Lissabon "Sportinq"inə keçməkdən imtina edib.

 

Qeyd edək ki, Qeyd edək ki, Con Terri 2003-2012-ci illərdə İngiltərə millisində çıxış edib. Təcrübəli futbolçu "Vest Hem" və "Çelsi" kimi klublarda çıxış edib. Terri ötən mövsümü "Aston Villa"da keçirib. Birmingem klubundan ayrılan oyunçu azad agent statusu ilə "Spartak"a keçib.

Xəbər xətti