Əfran İsmayılov dubl etdi, "Sumqayıt"dan darmadağın

20:31 - 8 Sentyabr 2018

Milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədən istifadə edən “Sumqayıt” yoxlama görüşündə qüvvəsini sınayıb.

 

Sportal.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi Mehdi Hüseynzadə adına Sumqayıt Şəhər stadionunda MOİK-lə qarşılaşıb. Nazim Süleymanovun yetirmələri 5:0 hesablı qələbə qazanıb. Əfran İsmayılovun dubl etdiyi matçda Atilla Yıldırım, Arif Daşdəmirov və Murad Xaçayev hərəyə bir dəfə rəqib qapısına yol tapıb.

 

“Sumqayıt” – MOİK 5:0

Qollar: Əfran İsmayılov (2), Atilla Yıldırım, Arif Daşdəmirov, Murad Xaçayev.

Xəbər xətti