Sənan Qurbanov: "Belə davam etsələr, əsas heyətdə yer alacaqlar"

Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövründə “Qəbələ” və “Zirə” arasında yoxlama oyunu (0:2) keçirilib.

 

Sportal.az xəbər verir ki, qarşılaşmadan sonra “qırmızı-qaralar”ın baş məşqçisi Sənan Qurbanov oyun barədə fikirlərini klub saytına açıqlayıb:

 

“Bu yoxlama oyunu inkişaf baxımından bizim üçün çox vacib idi. Çempionatda yaranan fasilə dövrü üçün məşq prosesi, oyun, ardınca hazırlıq və 2-ci yoxlama görüşündən ibarət proqram qurmuşduq. MOİK-lə ilk sınaq matçında demək olar ideal futbol oynamışdıq. Həm gənclər, həm də təcrübəli futbolçuların çıxışından razı qalmışdım. Bu dəfə ikinci hissədəki oyun məmnun qaldım. Futbolçuların daha hərəkətli olması, pressinq etməsi, top saxlaması lazım idi ki, bunu da fasilədən sonra gördüm. Ümumilikdə yaxşı ikinci hissə izlədik. Oyundan sonra futbolçulara bir günlük istirahət verib, sonra yenidən hazırlığa davam edəcəyik”.

 

9 futbolçusu müxtəlif yığmaların heyətində olan “Qəbələ”nin əsas komandasına U-19-un bəzi üzvləri də cəlb olunub. Qurbanov gənc oyunçuların yoxlama matçlarındakı çıxışını da dəyərləndirib:

 

“9 futbolçumuzun müxtəlif milli komandalarda olması bizim üçün fəxrdi. Hazırlıq prosesinə gənc oyunçuları cəlb etdik. Onları yoxlama matçlarında da sınamaq imkanımız yarandı. Çox yaxşı məlumat topladıq. MOİK-lə qarşılaşmada gənc futbolçular yaxşı təsir bağışladı. Bu görüşdə də özünü yaxşı tərəfdən göstərən oyunçular oldu. Belə davam etsələr, onların bəziləri əsas heyətdə yer almağa başlayacaq”.

Tarix: 9 Sentyabr [00:57]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
13 Dekabr 2018
12  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio