“Qarabağ”ın rəqibi Paşayevin klubunu məğlub etdi

11:46 - 9 Sentyabr 2018

Ukraynanın “Vorskla” klubu yoxlama oyunu keçirib.

 

Sportal.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqiblərindən olan Poltava təmsilçisi Ukrayna Premyer Liqasının digər iştirakçısı, milli komandamızın müdafiəçisi Pavel Paşayevin formasını geyindiyi “Aleksandriya” ilə qarşılaşıb.

 

Qarşılaşma kifayət qədər məhsuldar alınıb. Belə ki, 90 dəqiqə ərzində tərəflər 9 qola imza atıblar. Qələbəni isə “Qarabağ”ın rəqibi bayram edib - 5:4. “Vorskla”nın heyətində Vladislav Kulaç (21), Kareka (25), Vladimir Odaryuk (55), Yuri Kolomoyets (75) və Maryan Misik (84) fərqlənib.

 

“Qarabağ” “Vorskla”ya qarşı ilk oyununu oktyabrın 25-də Bakıda, cavab görüşünü isə noyabrın 8-də səfərdə keçirəcək.

Xəbər xətti