İngiltərə millisinin üzvü meydanda huşunu itirdi

14:14 - 9 Sentyabr 2018

UEFA Millətlər Liqasının A Divizionunda 1-ci tur çərçivəsində keçirilən İngiltərə - İspaniya matçında zədə şoku yaşanıb.

 

Sportal.az xəbər verir ki, meydan sahiblərinin müdafiəçisi Lyuk Şou matçın 53-cü dəqiqəsində qonaqların futbolçusu Dani Karvaxalla mübarizə zamanı huşunu itirib. Şouya dərhal tibbi yardım göstərili. 23 yaşlı futbolçu meydanı oksigen maskası ilə tərk edib.

 

İngiltərəli futbolçu ötən gecəni xəstəxanada keçirib. Onun vəziyyəti normaldır.

 

Qeyd edək ki, qarşılaşmada İspaniya 2:1 hesablı qələbə qazanıb.

Xəbər xətti