"Qarabağ"ın rəqibinin futbolçusu şikayətləndi: "Mənə gey deyirlər"

17:17 - 9 Sentyabr 2018

Oynadığı futbolla yanaşı, öz stili ilə diqqət mərkəzində olan "Arsenal"ın futbolçusu Hektor Belyerin açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 23 yaşlı ispaniyalı sağ cinah müdafiəçisi bildirib ki, bəzi insanlar ona uzun saçlarının olmasına görə gey adlandırır:

 

"Bəzi insanlar təcavüzkar ola bilərlər. Onlar mənim uzun saçlarım olduğu üçün gey deyirlər. Sosial şəbəkələrdə çoxlu təhqir dolu mesajlar, şərhlər yazılır. Bir az fərqli olanda hədəf olursan. Elə bir saat yoxdur ki, təhqir mesajı almayım. Hər gün bu cür insanları necə bir şəkildə yola verməyi başa düşdüm".

 

Qeyd edək ki, "Arsenal" Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la eyni qrupdadır.

 

Image result for hector bellerin style

Related image

Image result for hector bellerin style

Image result for hector bellerin style

Image result for hector bellerin style

Image result for hector bellerin style

Xəbər xətti