3 qardaş, 3 fərqli milli: Yığmamızın rəqibində yeni futbolçu

18:25 - 9 Sentyabr 2018

UEFA Millətlər Liqasında Azərbaycan yığma komandasının rəqibi olan Kosovo daha bir futbolçunu milliləşdirib.

 

Sportal.az xəbər verir ki, kosovolular İsveçrə Super Liqasında çıxış edən "Sankt-Qallen"in müdafiəçisi Adonis Ayetini millidə oynamağa razı salıb. Uzun danışıqlardan sonra Ayeti Kosovo Futbol Federasiyasına müsbət cavab verib.

 

Maraq üçün qeyd edək ki, Adonis Ayetinin iki qardaşı futbolçudur. "Torino"da oynayan 24 yaşlı müdafiəçi Arlind Ayeti Albaniya millisinin şərəfini qoruyur. Digər qardaşı Albian Ayeti isə İsveçrə millisində ötən gün UEFA Millətlər Liqasında İslandiya ilə görüşdə debüt edib. 21 yaşlı hücumçu ilk qarşılaşmasında İslandiya millisinin qapısını qoruyan "Qarabağ"ın qolkiperi Hannes Halldorssonu məyus etməyi bacarıb.

 

Albianla Adonis əkizdirlər. Onlar 1997-ci ilin 26 fevral tarixində dünyaya göz açıblar. Onlardan biri Kosovo, digəri isə İsveçrə millisi üçün oynayacaq. Böyük qardaş isə Albaniya bayrağı altında mübarizə aparacaq.

 

Adonis Ayeti İsveçrənin "Bazel" klubunun yetirməsidir. 21 yaşlı futbolçu İsveçrənin aşağı yaş qruplarından ibarət millilərində oynasa da, seçimini Kosovo üzərində edib.

 

Image result for adonis ajeti albian ajeti arlind ajeti

Image result for adonis ajeti albian ajeti arlind ajeti

Xəbər xətti