Vüqar fərqləndi, komandası 15 qolla qalib gəldi

14:58 - 10 Sentyabr 2018

Latviya I Liqasında 16-cı turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun formasını geyindiyi “Dauqavpils” doğma meydanda “Prielu” ilə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 15:0.

 

Vüqar start heyətdə meydana çıxıb və fasilədə əvəzlənib.

 

Həm komandasının, həm də bütövlükdə çempionatın bombardiri olan Əsgərov bu oyunda da fərqlənməyi bacarıb. O, matçın 27-ci dəqiqəsində rəqib qapısına yol tapıb. Nəticədə, millimizin sabiq forvardı cari mövsümdə vurduğu qolların sayını 23-ə çatdırıb.

 

“Dauqavpils” 16 turdan sonra 40 xalla 12 kollektiv arasında ikinci pillədə qərarlaşıb.

Xəbər xətti