Qurban Qurbanov: "Görüləsi işlər çoxdur"

01:38 - 11 Sentyabr 2018

“Qələbə qazanmaq istəyirdik. Əfsuslar olsun ki, buna nail olmadıq. Bir xal qazansaq da, əslində 2 xal itirdik".

 

Sportal.az xəbər verir ki, bu sözləri milli komandamızın baş məşqçisi Qurban Qurbanov UEFA Millətlər Liqasının D divizionun III qrupunun ikinci turunda Malta ilə heç-heçə (1:1) etdikləri matçdan sonra deyib. 

 

Təcrübəli məşqçi görüləsi işlərin çox olduğunu, bütün narazılıqları üzərinə götürdüyünü bildirib: "Bir neçə futbolçunun hazırlıq durumundan narahat idim. Görüləsi işlər çoxdur. Nəticədən narazılıq varsa, bunu üzərimə götürməliyəm".

 

Qurban Qurbanov qrup lideri olmaq şanslarının qaldığını söyləyib: "Qrupumuzda yer alan digər komandaların da növbəti oyunlarda itkiləri olacaq. Qalan 4 oyunda qələbə qazanacağımız təqdirdə, uğura nail ola bilərik. Hər bir çətinliyi istədiyim kimi aradan qaldırmaq asan deyil. Futbolçularıma güvənib, bir olub hazırlaşmalıyıq”.

Xəbər xətti