Millimiz Norveçə uduzdu YENİLƏNİB

21:55 - 11 Sentyabr 2018

Bu gün 21 yaşadək futbolçular arasında AÇ-2019-un seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçiriləcək.

 

Sportal.az xəbər verir ki, 5-ci qrupda yer alan Azərbaycanın gənclərdən ibarət millisi də bu gün cari tsikldə 9-cu matçına çıxacaq.

 

Rəşad Sadıqovun çalışdırdığı komandamız doğma meydanda Norveçlə üz-üzə gələcək. “Dalğa Arena”da keçiriləcək oyunda millimiz ilk qələbəsini qazanmağı hədəfləyib.

 

Əvvəlki 8 oyunda qələbə qazana bilməmiş U-21 yığmamız cəmi 2 matçda heç-heçə edib, qalan bütün görüşlərdə məğlubiyyətlə üzləşib.

 

AÇ-2019-un seçmə mərhələsi
5-ci qrup

11 sentyabr

 

20:00. Azərbaycan - Norveç - 1:3

Qollar: Barış Ekincier, 56 - Birk Risa, 48, Morten Torsbi, 50, 76.

Hakimlər: Barbeno Luka, Françesko Lunardon, Salvatore Tuttifrutti, Mişel Skarpino (hamısı San Marino).
Bakı. “Dalğa Arena”.

Xəbər xətti