Təmkin Xəlilzadədən tarixi qol

11:31 - 11 Sentyabr 2018

UEFA Millətlər Liqasının ikinci turunun Malta ilə səfər oyununda yığmamız və "Qəbələ"nin üzvü Təmkin Xəlilzadənin vurduğu qol ilklərlə əlamətdar olub.

 

Sportal.az xəbər verir ki, cinah oyunçusu Azərbaycan yığmasının Millətlər Liqasındakı ilk qolunun müəllifi kimi tarixə düşüb. O, həm də 7-ci matçını keçirdiyi millidə özünün qol hesabını açıb.

 

Xatırladaq ki, Xəlilzadə Azərbaycan millisinin tarixində qol sevinci yaşayan 62-ci futbolçudur.

 

Qeyd edək ki, Malta - Azərbaycan oyunu 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Xəbər xətti