Fransalı futbolçu Şeydayevlə eyni komandada

17:15 - 11 Sentyabr 2018

Millimizin üzvü Ramil Şeydayevin çıxış etdiyi Rusiyanın "Krılya Sovetov" klubu yeni transferini reallaşdırıb.

 

Sportal.az xəbər verir ki, Samara təmsilçisi  Qətərin "Əl-Rəyyan" klubundan ayrılan Yoan Mollonu heyətinə qatıb. Tərəflər arasında 1 illik müqavilə imzalanıb.

 

Fransalı vinqer 2015/2017-ci illərdə də "Krılya Sovetov"da çıxış edib. Peşəkar karyerasına "Monako"da başlayan Mollo "Qranada", "Nansi", "Sent-Etyen", "Zenit", "Fulhem" kimi klublarda çıxış edib.

Xəbər xətti