Pyer Vebo sabiq klubuna qayıtdı

Futbol karyerasını son 7 ildə Türkiyədə davam etdirən Pyer Vebonun yeni klubu bəlli olub.

 

Sportal.az xəbər verir ki, 36 yaşlı forvard peşəkar karyerasına başladığı Uruqvaya dönüb. O, sabiq klubu "Nasyonal"la müqavilə bağlayıb. Təcrübəli hücumçu 15 ildən sonra sabiq klubuna qayıtması ilə bağlı bunları söyləyib: "Burada möhtəşəm 3 il keçirmişəm. Futbolda şans əldə etmək üçün bu ölkəyə gəlmişdim. Uruqvayda peşəkar futbolçu kiim yetişmişəm".

 

Qeyd edək ki, Vebo 2003-2014-cü illərdə Kamerun millisində çıxış edib və 58 oyuna 18 qol vurub. Hücumçu "Osasuna", "Malyorka", "Leqanes", "İstanbul BB", "Fənərbaxça", "Osmanlıspor" və "Qazişehir" klomandalarında çıxış edib. Vebo Türkiyə Super Liqasında 162 oyuna 61 qol vurub, 23 assist edib.

Tarix: 11 Sentyabr [17:31]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 Noyabr 2018
20  Noyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio