PSJ-nin əsas qapıçısı kim olacaq? - Tuhel seçimini etdi

18:51 - 11 Sentyabr 2018

PSJ-nin baş məşqçisi Tomas Tuhel RMC Sport-a açıqlamasında komandanın əsas qapıçısının kim olacağını açıqlayıb.

 

Sportal.az xəbər verir ki, Fransanın ən istedadlı qolkiperlərindən biri olan Alfons Areolya və italiyalı əfsanə Canluici Buffona sahib olan 45 yaşlı mütəxəssis əsas qapıçısı seçimini etdiyini deyib: "Seçimimi etmişəm. Əlbəttə, bu, qəti qərar deyil. Amma Areolyaya əsas qapıçı olduğunu demişəm".

 

Alman mütəxəssis bu məsələdə heç bir problemin olmadığnğ deyib: "Buffon bir əfsanədir. O, Areolya üçün kumirdir. Hər ikisi gülü xarakterə sahibdir. Onlar birlikdə komanda üçün böyük işlər görəcəklər. Alfons Buffonla birgə yüksək yerlərə qalxacaq. Cici Areolyanın inkişafında kömək olmalıdır. Onsuz da belə edir. Buffonun karyerasında hər zaman niyə üst səviyyədə olduğunu anlamışam".

 

Qeyd edək ki, Buffon bu yay "Yuventus"dan PSJ-yə keçib. Fransa millisinin üzvü olan Areolya isə Paris klubunun yetirməsidir.

Xəbər xətti