Qurban Qurbanov: "Çox şeyə yenidən başlamaq lazımdır" MÜSAHİBƏ

22:57 - 11 Sentyabr 2018

Milli komandamızın və "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov U-21 millimizin Norveçə 1:3 hesaı ilə uduzuğu oyundan sonra jurnalistlərə müsahibə verib.

 

Sportal.az saytı təcrübəli mütəxəssisin müsahibəsini təqdim edir:

 

- U-21 millimizin İsrail və Norveçlə keçirdiyi matçları izlədiniz. Gənclərimizdə perspektiv görürsünüz?

- Perspektivimizin olduğunu düşünə bilərik. Amma bu, digərlərində daha çoxdur. Elə Norveçlə İsraili buna misal gətirə bilərəm. Onların komanda və oyunçu potensialı bizdən qat-qat yuxarıdır. Hər birinin oynadığı komandalar baxsaq, inkişafa doğru gedirlər. Bizdə isə təlim-məşq toplanışında bir neçə oyun oynayıb, düzəlirlər və burdan gedəndən sonra bir ay ərzində baxsaq, 3-4 nəfə çempionatda ya oynayar, ya da yox. Qalanları isə I Divizionda olur, ya da ehtiyatda vaxt keçirilər.

 

- Millinin baş məşqçisi kimi necə fikirləşirsiniz, bədbinsiniz? Düşünmürsünüz ki, bir neçə ildən sonra mən bu uşaqlarla nə edəcəm?

- Ümidverici hazırda nə görünür sualına cavab axtarsaq, böyük bir şeyi bir neçə ilə əldə edəcəyimizi söyləsək, yalan olar. Çünki rəqiblərimiz bizdən qat-qat sürətli inkişaf edirlər. Ona görə də bizdən bu gün üçün daha üstündürlər. Bəli, ola bilər ki, bu futbolçular bir ildən sonra daha yaxşı oynasınlar. Səviyyə baxımından bu gün görünən odur ki, bizdən yuxarıda olacaqlar.

 

- Həm U-21, həm də əsas millinin üzvləri klublarında daha çox ehtiyatda qalırlar. Bununla mübarizə aparmağın yolu nədir? Millinin baş məşçqisi kimi nə düşünürsünüz?

- Belə deyək, görünən odur ki, bu, 3-5 günün işi deyil. Bu oyunlardan sonra daha çox rəqiblərin çempionatları ilə daha yaxından maraqlanmağa başlamışıq. Bu gün həddindən artıq çox işlər görülməlidir. Çox şeyə yenidən başlamaq lazımdır. Yeni proqram götürüb, onun üzərində işləməli və çalışmalıyıq. İşbirliyi həddindən çox olmalıdır.

 

- Yenidən başlamaq üçün uzun müddət lazım olacaq.

- Xatırlayarsınızsa, bu ölkələrdə 5 il əvvəl çempionat elə də yuxarı səviyyədə deyildi. Hətta bəzi çempionatlar aşağı səviyyəyə düşmüşdü. Ancaq onlar çox sürətlə irəli getdilər və çempionatlarının səvviyəsini yuxarı qaldırdılar. Oyunçularını Avropa bazarına çıxara bildilər. Oyunçulara ayrı-ayrı nəzər salsaq, Avropada müxtəlif yaxşı klublarda çıxış edirlər. Amma bizə baxsaq, gözəl çempionatımız var idi, ildən-ilə zəifləməyə doğru getdi. Biz bunu dəfələrlə qeyd etmişik. Klubları, rəhbərlikləri, baş məşqçiləri və bura gələn legionerləri götürsək, tam fərqli çempionat olurdu. Heç də digərlərindən geri deyildik. Əfsuslar olsun ki, ildən-ilə zəiflədik. Yaxşı legionerlərin sayı getdikcə azaldı, klubların bir çoxunu artıq AFFA maliyyələşdirir. Problemlər var.

 

- Kosovo və Malta ilə oyunlarda iki fərqli hissə izlədik. Yığmamız hər iki matçın ikinci hissəsində yaxşı oynadı. Bu, nə ilə bağlıdır?

- Bu gün bunları sizə desəm, şablon fikirlər olacaq. Futbolda belə epizodlar olur. Belə hallara rast gəlinir. İnanmıram, həyəcanla bağlı olsun. Turnirə start verməmişdən öncə futbolçularda qrupu birinci pillədə başa vurmaq istəyi var idi. Bu, indi də var. Təbii ki, bunlar təlb olunanda həyəcan olur. Normal bir şeydir. Futbolun özəlliklərindən biridir.

 

- Ruslan Qurbanov Kosovaya qarşı oynasa da, Malta ilə oyununun 23-lüyünə salınmadı. Nəzərə alsaq ki, Ruslan ipə-sapa yatmayan futbolçudur. Onu heyətə salmamağınızın səbəbini açıqlaya bilərsiniz?

- Öz qərarım idi.

 

- “Qarabağ”ın Avropa Liqasının oyunlarının Bakı Olimpiya Stadionunda keçirməsini istəmədiyiniz barədə məlumatlar var. Bu, doğrudur?

- Verilən qərarlar məsləhətləşdirilir. Ötən il Çempionlar Liqası matçlarını da BOS-da keçirmişdik. Biz “Arsenal”la oyunu BOS-da, digər iki matçı Tofiq Bəhramov adına Respublika Stadionunda keçirmək istədik. Amma UEFA-nın reqlamenti var. Bir oyunu burda, digərini başqa yerdə keçirmək düzgün deyil.  “Arsenal” və “Sportinq” Çempionlar Liqası səviyyəli komandalardır. Bu qərarda hamının razılığı olub. Ötən il ölkə başçısı tərəfindən Bakı Olimpiya Stadionun azarkeşlərlə dolması müsbət qarşılanmışdı. 

 

- Barış Ekincieri özünüz üçün qeyd etdiniz?

- Qeydiyyatda olanlar var. Amma ad çəkmək düzgün olmaz. Hamının üstün və zəif cəhətləri qeyd edilib. Bir neşə oyunçu diqqətimizdədir.

Xəbər xətti