Norveçin baş məşqçisi: "Rəşad Sadıqov taktiki cəhətdən çox hazırlıqlıdır"

13:03 - 12 Sentyabr 2018

"Çətin oyun alındı. Azərbaycan millisi ilk hissəyə yaxşı başladı. Rəqib həmkarım taktiki cəhətdən çox hazırlıqlıdır. Biz oyunumuzu ona görə uyğunlaşdırmalı idi. Yığmanız bizə xeyli çətinliklər yaradırdı".

 

Sportal.az xəbər verir ki, bu sözləri Norveçin 21 yaşadək futbolçulardan ibarət baş məşqçisi Qunnar Smerud Bakıda Azərbaycan yığmasına 3:1 hesabı ilə qalib gəldikləri AÇ-2019-un seçmə oyunundan sonra deyib.  

 

Mütəxəssis ikinci hissədə daha yaxşı təsir bağışlamalarının səbəbini belə izah edib: "Bu, bizim üçün çox vacib oyun idi. Buna görə də futbolçularım bir qədər həyəcanlı idilər. Lakin ikinci hissədə gücümüzü cəmləşdirdik və lazımi nəticəni əldə etdik. Fasilədən sonra futbolçularımız daha güclü idilər və daha yaxşı çıxış edirdilər".

 

Bu qələbə sayəsində Norveç yığması xallarını 14-ə çatdırıb və 5-ci qrupda 2-ci pilləyə yüksəlib. Azərbaycan isə 2 xalla sonuncudur.

Xəbər xətti