Azərbaycanlı hücumçu Türkiyə klubundan ayrıldı: 70 minə görə

13:46 - 12 Sentyabr 2018

Azərbaycanlı hücumçu Şahin Əliyev Türkiyənin BAL Liqasında mübarizə aparan "Aydınspor 1923" klubundan ayrılıb.

 

Sportal.az xəbər verir ki, hücumçu iyunda müqavilə imzaladığı klubdan imza haqqı olaraq, 70 min lirə (18 min 508 manat) almalı imiş. Lakin bir müddət keçəndən sonra həvəskar komanda Əliyevə 18 min lirə (6 min 610 manat) təklif edib. Bu vəziyyət isə Şahini hiddətləndirib. O, sözünün üzərində durmayan klub rəsmilərinə etiraz edərək, anlaşmanı ləğv edib. 

 

Əliyevin agenti Rasim Yıldız Türkiyədə klub axtarışını davam etdirir.

 

Şahin karyerası ərzində "Sumqayıt", "Qarabağ", "Şüvəlan" və "Mil-Muğan"da çıxış edib. Gənc forvard iki dəfə əvəzedicilərin çempionatında bombardir olub.

Xəbər xətti