Dünya çempionuna ağır cəza: 20 ay maşın sürə bilməz

"Tottenhem"in kapitanı Uqo Lloris Londonda alkoqollu şəkildə maşını idarə etməyinə görə cəzalanıb.

 

Sportal.az xəbər verir ki, ötən ay polis tərəfindən saxlanılan qapıçı məhkəmə qarşısına çıxıb. 31 yaşlı qapıçı limitdən 2 dəfə çox spirtli içki qəbul etdiyi üçün 20 aylıq sürücülük vəsiqəsi əlindən alınıb. Fransa millisinin üzvü 50 min funt-sterlinq cərimə edilib.

 

Qeyd edək ki, dünya çempionu 2012-ci ildən "Tottenhem"də çıxış edir.

Tarix: 12 Sentyabr [16:05]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 Sentyabr 2018
23  Sentyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio