Terri "Spartak"dan imtina etdi

"Aston Villa"dan ayrılan Con Terri Rusiyanın "Spartak" klubuna transfer olmaqdan imtina edib.

 

Sportal.az xəbər verir ki, 37 yaşlı müdafiəçi bu barədə sosial şəbəkə hesabında məlumat verib: "Uzun müddət düşündükdən sonra Moskva klubuna getməmək barədə qərar verdim. "Spartak"a təşəkkür edirəm və mövsümün qalan hissəsində onlara uğurlar arzulayıram. Peşəkarlıqlarına heyran qaldım. Ancaq ailəmlə görüşündən sonra Rusiyanın yaxşı seçim olmadığına qərar verdik. Uğurlar, "Spartak"!"

 

Con Terri daha öncə "Qarabağ"ın Avropa Liqasındakı rəqibi Lissabon "Sportinq"inə keçməkdən imtina edib.

 

Qeyd edək ki, Con Terri 2003-2012-ci illərdə İngiltərə millisində çıxış edib. Təcrübəli futbolçu "Vest Hem" və "Çelsi" kimi klublarda çıxış edib. Terri ötən mövsümü "Aston Villa"da keçirib.

Tarix: 13 Sentyabr [00:56]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
26 Sentyabr 2018
25  Sentyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio