Transferlərdə yeni rekord qeydə alındı

10:14 - 13 Sentyabr 2018

FIFA yayda klubların transferlər üçün xərclədiyi məbləği açıqlayıb.

 

Sportal.az xəbər verir ki, yay transferlərinə ümumilikdə 5,44 milyard dollar xərclənib. Bu isə rekord göstərici kimi qeydə alınıb. Bu yay 8401 tranfser qeydə alınıb. Onlardan 59,1 faizi azad agent statusu olub, 15,7 faiz isə transfer hüququ ilə birgə reallaşıb. Yerdə qalan 13,8 faiz keçid icarə əsasında baş tutub. 

 

Almaniya, İngiltərə, İspaniya, İtaliya və Fransa klubları transferlərə 4,21 milyar avro xərcləyiblər. Ən çox isə İngiltərənin payına düşüb (1,44 milyar avro).

 

Ötən il isə 7590 transfer üçün 4,71 milyard dollar xərclənmişdi.

Xəbər xətti