Xerdan Şakiri: "Hədəfimiz kubok qazanmaqdır"

16:39 - 13 Sentyabr 2018

"Liverpul"un mövsümün əvvəlində "Stok Siti"dən transfer etdiyi Xerdan Şakiri bu mövsüm kubok qazanmaq istədiklərini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, İsveçrə millisinin üzvü bunun üçün çalışacaqlarını deyib:

 

"Kuboklar qazanmaq hədəfimiz olmalıdır. Biz böyük komandayıq və nəhəng klubların hədəfi titul olur. Premyer Liqanı qazanmaq çətindir, çünki buna iddialı olan çox komanda var və yarış ağır keçir. "Bavariya"da hər şey fərqli idi, orada qazanmaq mentaliteti var idi. "Liverpul" da dünyanın ən böyük klublarından biridir. Ötən mövsüm kuboka yaxın olsalar da, finalda əldən qaçırdılar. Bu mövsüm isə bir addım da irəli gedib, kuboku götürməliyik. Hədəfimiz kubok qazanmaqdır".

 

Qeyd edək ki, "Liverpul" Şakirini "Stok Siti"dən 14,7 milyon avroya transfer edib.

Xəbər xətti