Ramil Quliyev: "Azərbaycanda güləş, cüdo, boks kimi idman növlərini sınasam da, alınmadı"

16:53 - 13 Sentyabr 2018

Mövsümü "Gloria Cup" turnirində kişilərin 200 metr məsafəyə qaçış yarışlarında qızıl medal qazanaraq, başa vuran Ramil Quliyev açıqlama verib.

 

Sportal.az xəbər verir ki, Türkiyəni təmsil edən idmançı hədəfləri barədə danışıb:

 

"Ən böyük hədəfimiz Olimpiya Oyunlarıdır. Qazandığımız təcrübəni orada davam edəcəyik. Bir az dincəlib, yeni mövsümə başlayacağıq. 2019-cu ildə Maydan etibarən yarışlar bizi gözləyir. Yeni mövsüm hədəflər ancaq qızıl medal olacaq. Bu il planla çalışdıq".

 

Ramil Türkiyədə atletikanın inkişafı üçün əlindən gələni edəcəyini deyib: "Atletikaya marağın olduğunu görmək sevindiricidir. Türkiyədə atletikanın inkişaf etməsi üçün əlimdən gələni edəcəm. Anamla atam atlet olublar. Anam uzununa tullanmaq növündə yarışırdı, atam isə sprinter idi. Atam da 200 metr məsafədə olan yarışlara qatılırdı. Mən də həmişə bunun xəyalını qurmuşam. Azərbaycanda güləş, cüdo, boks kimi idman növlərini sınasam da, alınmadı. Amma atletika mənə asan gəldi. Atamı özümə örnək alırdım".

Xəbər xətti