Ramin Quliyev: "Azərbaycanda belə səviyyədə rəqib tapmaq olmur"

17:25 - 13 Sentyabr 2018

“Avropa çempionatının seçmə mərhələsinə hazırlıq məqsədilə növbəti təlim-məşq toplanışına başlamışıq. Vaxtımız çox azdır".

 

Sportal.az xəbər verir ki, bu sözləri 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Ramin Quliyev "Sumqayıt"ın U-19 komandasını yoxlama matçında 4:0 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib. Gənc mütəxəssis seçmə mərhələyə kimi futbolçuların durumunu yaxşılaşdırmalı olduqlarını bildirib:

 

"Seçmə mərhələyə qədər futbolçuların idman formasını yaxşılaşdırmalıyıq. Bu toplanışdan sonra Ukrayna ilə səfərdə iki yoldaşlıq oyunu keçirəcəyik. Təbii ki, Azərbaycanda belə səviyyədə rəqib tapmaq olmur. Ukraynanın seçmə mərhələdə qarşılaşacağımız rəqiblərlə eyni səviyyədə olması bizə yaxşı təcrübə qazandıracaq. Bu gün də həmin qarşılaşmalarda istifadə edəcəyimiz taktiki gedişləri oyunçulara aşılamağa çalışdıq. İstədiklərimizin bəzilərini həyata keçirə bildik. Yaxşı alınan gedişləri daha da inkişaf etdirməyə, səhvlərimizin üzərində isə işləməyə davam edəcəyik”.

Xəbər xətti