"Arsenal"da itkilər: "Qarabağ"a qarşı oynamayacaqlar

18:08 - 13 Sentyabr 2018

"Arsenal" zədəli futbolçularıyla bağlı məlumat yayıb.

 

Sportal.az xəbər verir ki, London klubunun müdafiəçisi Sead Kolaşinaç və yarımmüdafiəçisi Enzl Meytlend-Naylz oktyabrın əvvəlində məşqlərə başlayacaq. Müdafiəçilər - Karl Cenkinsonla Loran Koselni isə noyabrda hazırlıqlara start götürəcəklər. Adları çəkilən 4 futbolçu Avropa Liqasında "Qarabağ"a qarşı səfər matçını buraxacaqlar.

 

Qeyd edək ki, "Qarabağ" - "Arsenal" görüşü oktyabrın 4-də baş tutacaq.

Xəbər xətti