Dieqo Simeone: "Oğlumla eyni komandada olmaq istəmirəm"

"Atletiko"nun baş məşqçisi Dieqo Simeone "Fiorentina"da çıxış edən oğlu Covanni Simeone barədə danışıb.

 

Sportal.az xəbər verir ki, argentinalı mütəxəssis Covanni ilə eyni komandada olmaq istəmədiyini dilə gətirib: "Oğlum istedadlı futbolçudur, amma onunla eyni komandada olmaq istəmirəm. Övladınla paltardəyişmə otağında yer almaq çətin hisslərdir. Buna görə şəxsi həyatımızda problemlər yaşaya bilərik. 5-6 il ərzində daha da güclü futbolçu olsa, bu mövzuya qayıda bilərik. Mən "Atletiko"dan ayrılandan sonra bura gələ bilər".

 

Qeyd edək ki, 23 yaşlı Covanni Argentina millisinin üzvüdür. Onun "Fiorentina" ilə 2022-ci ilə kimi müqaviləsi var.

Tarix: 13 Sentyabr [18:35]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
26 Sentyabr 2018
25  Sentyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio