"PlayStation"da seçdiyim hücumçuyla indi birgə oynayıram"

Almaniyanın "Ştutqart" klubunun yeni transferi Nikolas Qonsales açıqlama verib.

 

Sportal.az xəbər verir ki, argentinalı futbolçu komanda yoldaşı Mario Qomeslə bağlı danışıb: "Qomeslə bir-birimizə uyğunlaşmışıq. Daha da yaxşı olacaq. "PlayStation"da həmişə Mario Qomeslə oynayırdım. İndi isə onunla çiyin-çiyinə oynayıram. Bu, qəribə bir şeydir".

 

Qeyd edək ki, "Ştutqart" 20 yaşlı forvardı "Argentinos Xuniors"dan 8,5 milyon avroya transfer edib.

Tarix: 13 Sentyabr [18:59]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
26 Sentyabr 2018
25  Sentyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio