PSJ-nin prezidenti: "Real"ın davranışları xoşumuza gəlmədi"

12:45 - 14 Sentyabr 2018

PSJ-nin prezidenti Naser Əl-Xələfi komandanın ulduzu Neymarla Madrid "Real"ının maraqlanması iddiaları ilə bağlı açıqlama verib.

 

Sportal.az xəbər verir ki, "kral klubu"nu ittiham edən başqan bunları söyləyib:

 

"Real"ın davranışları xoşumuza gəlmədi, onlarla bu barədə danışdıq. "Real"ın prezidenti Florentino Peresə hörmətimiz böyükdür, amma insanların arxasından iş çevirməsi düzgün deyil. Əgər danışıqlar lazım gəlsə, üz-üzə edərik. Ümid edirəm ki, "Real" bir daha belə addım atmaz".

 

Qeyd edək ki, "Real"ın Neymarın atası ilə transfer məsələsində danışıqlar apardığı iddia edilirdi.

Xəbər xətti