"Sportinq"in ulduzları "Qarabağ"la oyunu buraxa bilərlər

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan Portuqaliyanın "Sportinq"in heyətində ciddi itkilər var.

 

Sportal.az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi Luiş Nani və hollandiyalı hücumçu Bas Dost "Qarabağ"la oyunu buraxa bilərlər.  

 

Hər iki futbolçu zədədən əziyyət çəkir. Adları çəkilən futbolçular sentyabrın 16-da çempionatda "Maritimu" ilə oyunu buraxacaqlar.

 

Qeyd edək ki, "Sportinq" - "Qarabağ" oyunu sentyabrın 20-də keçiriləcək.

Tarix: 14 Sentyabr [13:02]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
25 Avqust 2019
24  Avqust 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio