Kamran Quliyev "Neftçi" azarkeşlərini düşünmür

17:01 - 14 Sentyabr 2018

“Neftçi” uzun fasilədən sonra yenidən “Bakcell Arena”ya qayıdır. Paytaxt klubu bu tur “Keşlə” ilə matçı 8-ci km qəsəbə stadionda keçirəcək. Klub azarkeşləri meydana cəlb etmək üçün addım atıb. Belə ki, oyundan öncə klubun formaları satışa çıxarılacaq. Formaların qiyməti isə 60-80 manat olacaq. Bu isə “Neftçi” azarkeşlərini razı salmayıb. Azarkeşlərin etirazlarını vecinə almayan rəhbərlik qiymətləri kəllə-çarxa çıxarıb.

 

Halbuki bir neçə ay əvvəl klubun prezidenti Kamran Quliyev jurnalistlərə müsahibəsində (http://sportal.az/news/98173) azarkeşlərə sıx əlaqə quracaqlarını bildirərək, onlardan dəstək istəmişdi.

 

- Klub rəhbərliyi azarkeşlərlə əlaqəni sıxlaşdırmaq üçün nələr edəcək?
- Böyük klub azarkeşsiz yaşaya bilməz. Azarkeşsiz klub sadəcə, addır. Fanatlar klubun parçasıdır, ayrı hissəsi deyil. Çalışacağıq ki, layihələrimiz olsun, bu, bizim üçün vacib amildir. Stadionda azarkeşlərin çox olması, futbolçuya stimuldur. Azarkeşsiz oynamaq futbolçuya yaxşı təsir etmir. Onlara səslənirəm ki, öz komandalarını dəstəkləsinlər.


Lakin Kamran Quliyevin verdiyi açıqlama ilə bugünkü atdığı addım üst-üstə düşmür. Ən azından formalarda endirim kompaniyaları edərək, azarkeşləri daha da həvəsləndirmək və tribunalara daha çox fanat cəlb etmək mümkün idi. Hər-halda aylıq məvacibi 200-300 manat olan azarkeşin 60-80 manat formaya verməsini klub rəhbərliyi anlamırsa, fanatlardan öz mənafeyi uğrunda niyə dəstək istəyir?

Xəbər xətti