Qurban Qurbanov: "Buna reaksiya vermək düzgün olmaz"

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının IV turunda “Sumqayıt”ı 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis öncə oyun barədə danışıb:

 

- Çətin oyun oldu. Bu gün komandamızda çox şey alınmırdı,rəqib rahat oynayırdı. Bunu da normal başa düşmək lazımdır. 6 gün sonra ağır oyunumuz olacaq. Daha çox bir yerdə olmalı və komandanı yaxşı hazırlaşdırmaq lazımdır.

 

- Bu gün oyunu izləyənlər arasında “Sportinq”in məşqçisi də var idi. Siz hansısa məşqçini Portuqaliyaya göndərməyəcəksiniz?

- Rəqibimizin nümayəndəsinin olmasından xəbərimiz var. Ancaq heç bir məşqçini Portuqaliyaya göndərməyəcəyik. Rəqibimizin oyunu izləmişik.

 

- Nazim Süleymanov hakim qərarlarının oyunun nəticəsinə təsir etdiyini bildirdi. Siz bu barədə nə deyə bilərsiniz?

- Rəqib baş məşqçinin fikrinə hörmətlə yanaşıram. Mübahisəli epizodlar oldu. Ancaq buna reaksiya vermək düzgün olmaz. Hər bir oyundan sonra belə fikirlər olur. Düşünürəm ki, irəlidə də belə epizodların şahidi olacağıq.

 

- Araz Abdullayev “Qarabağ”ın heyətində ilk oyununu keçirdi. Onun çıxışından razı qaldınız?

- Birinci oyunda ondan kifayət qədər keyfiyyət gözləyə bilməzdik. Çox istəklidir, ciddi hazırlaşır. Fikirləşirəm ki, 3-4 oyun sonra tam keyfiyyətini ortaya qoya biləcək.

Tarix: 14 Sentyabr [22:23]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
26 Sentyabr 2018
25  Sentyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio