"Zirə"də debüt ənənəsi davam edəcək?

Topaz Premyer Liqasının IV turu “Zirə”nin baş məşqçisi Samir Abasov üçün debütlə əlamətdar olacaq.

 

Sportal.az klubun "facebook" səhifəsinə istinadən xəbər verir ki, 40 yaşlı mütəxəssis “qartallar”ı ilk dəfə rəsmi oyuna çıxaracaq. “Səbail”lə “Bayıl Arena”dakı matçda debütü gerçəkləşəcək çalışdırıcı klubun tarixinə 4-cü baş məşqçi kimi düşəcək.


"Qartallar"ın əvvəlki baş məşqçilərinin debüt oyunlarına nəzər salsaq, minimal fərqli qələbə tendensiyasının şahidi olarıq. 2014-cü il sentyabrın 7-də I divizionun MOİK-lə ev oyunundakı 1:0 hesablı qələbə həm “Zirə”nin tarixində, həm də Bəhram Şahquliyevin klubda ilk matçı olub. 2015-ci il aprelin 4-də I divizionun “Bakılı” ilə səfər matçı isə Adil Şükürovun rəhbərliyi altında baş tutan ilk görüş kimi yadda qalıb. “Zirə” yenə 1 cavabsız qolla qalib gəlib. Düzdür, bunadək “Lokomotiv”lə baş tutmayan qarşılaşmadakı texniki qələbə də onun hesabına yazılıb. 2017-ci il yanvarın 29-da isə Ayxan Abbasov baş məşqçi kimi ilk matçına çıxıb. Premyer Liqanın AZAL-la ev oyununda "Zirə" minimal fərqlə üstün olub – 2:1.

Tarix: 15 Sentyabr [13:45]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
11 Dekabr 2018
10  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio