Millimizin üzvü oynadı, komandası məğlub oldu

15:02 - 15 Sentyabr 2018

Türkiyə 1-ci liqasında 5-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, U-21 millimizin yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Girəsunspor” doğma meydanda “Afyonspor”la qarşılaşıb və bu oyunda 0:1 hesabı ilə məğlub olub.

 

Millimizin üzvü 46-cı dəqiqədə meydana daxil olub.

 

“Girəsunspor” 5 turdan sonra 9 xalla 3-cü pillədə qərarlaşıb.

Xəbər xətti