Emerinin Avropa Liqası ilə bağlı ciddi planı

15:48 - 15 Sentyabr 2018

Avropa Liqasında "Qarabağ"la eyni qrupda yer alan "Arsenal"ın baş məşqçisi Unai Emeri açıqlama verib.

 

Sportal.az xəbər verir ki, ispan mütəxəssis Avropa Liqasına ciddi yanaşdıqlarını bildirib:

 

"Avropa Liqası qitənin nüfuzuna görə ikinci klub turniridir. Avropa Liqasının qlibi birbaşa Çempionlar Liqasına vəsiqə qazanır. Bu da turnirə olan marağı bir qədər də artırıb. "Mançester Yunayted" məhz bu yolla Çempionlar Liqasına vəsiqə qazanmışdı. Biz Avropa Liqasının qalibi olmaq üçün yarışacağıq. Bu, bizə kömək olacaq".

 

Qeyd edək ki, "Arsenal", "Qarabağ", "Sportinq" və "Vorskla" klubları Avropa Liqasının E qrupunda qərarlaşıblar.

Xəbər xətti