Aftandil Hacıyev: "Qarşımıza xüsusi hədəf qoyulmayıb"

23:18 - 15 Sentyabr 2018

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Topaz Premyer Liqasının IV turunda “Zirə” ilə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında fikirlərini bölüşüb.

 

Sportal.az xəbər verir ki, gənc mütəxəssis öncə oyun barədə danışıb:

 

- Maraqlı oyun alındı. Hər iki komanda yaxşı oyun sərgilədi. Oyunların sayı çoxaldıqca, düşünürəm ki, çempionatımızın səviyyəsi qalxar. Komandamdan razıyam, az səhvlər etdik və kifayət qədər qol imkanları yaratdıq. Sabahdan növbəti oyunun hazırlıqlarına başlayacağıq.

 

- İki fərqli hissə izlədik. Birinci hissədə meydanda daha yaxşı “Səbail” vardısa, ikinci hissədə bunun şahidi olmadıq. Bu, sizin tapşırığınız idi?

- Bilirsiniz ki, millinin oyunlarına görə fasilə yaranmışdı. Futbolçularımız həm əsas, həm də U-21 millilərinin heyətində çıxış ediblər. Bu da meydanda öz sözünü dedi. 

 

- Qeyd etdiniz ki, komandamdan razıyam. Amma aktivində qələbə olmayan kollektivə qalib gələ bilmədiniz. Nədən razılıq edirsiniz?

- Bizim qarşımıza xüsusi bir hədəf qoyulmayıb. Amma bunu bütün komandalar istəyir. Biz də bacardıqca xal ehtiyatımızı artırmağa çalışacağıq. İlk növbədə kollektivi möhkəmləndirməliyik. Nə qədər irəliləyə biləcəyimizi zaman göstərəcək.

Xəbər xətti