“Zirə”nin prezidenti: “Bunu onlar da təsdiqləyə bilər”

“2000-ci il təvvəllüdlü futbolçumuz Hüseyn Əhmədov “Səbail” ilə oyunun birinci hissəsi ərzində ehtiyat oyunçular skamyasında əyləşmişdi. Hətta matçdan əvvəl onun lisenziyası dördüncü hakimə təqdim edilib”.

 

Sportal.az xəbər verir ki, bu sözləri “Zirə”nin prezidenti Natiq İsmayılov Topaz Premyer Liqasının 4-cü turunda "Səbail" ilə 1:1 hesabı ilə başa çatan matçda Əsasnaməni pozmaları ilə bağlı məsələyə aydınlıq gətirərkən deyib.

 

O, bildirib ki, futbolçunun adının protokolda qeyd olunmaması mexaniki səhvdi: "Birinci hissədən sonra Əhmədovu texniki zonadan kənarlaşdıran AFFA nümayəndəsi və dördüncü hakim də futbolçunun orada olmasını təsdiqləyə bilər".

 

"Səbail" ilə oyunun protokolunda "Zirə"nin heyətində 1998-ci il təvəllüdlü və ya daha gənc bir futbolçunun adı qeyd olunmayıb. Bu isə Premyer Liqanın Əsasnaməsinə ziddi. Məsələyə AFFA İntizam Komitəsinin növbəti iclasında baxılacaq. Əsasnamənin pozulması faktı təsdiqini taparsa, “Zirə”yə texniki məğlubiyyət veriləcək. (Report)

Tarix: 16 Sentyabr [11:49]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 Oktyabr 2018
20  Oktyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio