Paşayevin komandası "Şaxtyor"a uduzdu

12:12 - 16 Sentyabr 2018

Ukrayna Premyer Liqasında 8-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, millimizin müdafiəçisi Pavel Paşayevin formasını geyindyi “Aleksandriya” Donetsk “Şaxtyor”unu qəbul edib və 0:2 hesabı ilə məğlub olub.

 

Millimizin heyətində Malta ilə qarşılaşmada zədələnən Paşayev “Aleksandriya”ya kömək edə bilməyib.

 

“Aleksandriya” geridə qalan turlarda topladığı 16 xalla 2-ci pillədə qərarlaşıb.

Xəbər xətti