Dadaşovun qolu komandasına kömək olmadı

13:52 - 16 Sentyabr 2018

Almaniya 3-cü Liqasında 7-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, millimizin sabiq hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Proyssen” klubu səfərdə “1921 Aalen”lə qarşılaşıb və 1:4 hesabı ilə uduzub.

 

Rüfət bu oyunda 90 dəqiqə meydanda olub və komandasının yeganə qoluna 85-ci dəqiqədə imza atıb. Bu, onun III Bundesliqada 2-ci qolu olub.

 

Dadaşovun komandası 7 turdan sonra 9 xalla 13-cü pillədə qərarlaşıb.

Xəbər xətti