Vüqar Latviyada 23-cü qolunu vurdu

14:14 - 16 Sentyabr 2018

Latviya Birinci Liqasında 17-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun formasını geyindiyi “Dauqavpils” doğma meydanda “Rejeknes”lə qarşılaşıb və 4:2 hesablı qələbə qazanıb.

 

Vüqar start heyətdə meydana çıxıb və 60-cı dəqiqədə əvəzlənib. Çempionatın bombardiri olan forvard 36-cı dəqiqədə fərqlənməklə cari mövsümdəki qollarının sayını 23-ə çatdırıb.

 

“Dauqavpils” 17 turdan sonra 43 xalla 12 kollektiv arasında ikinci pillədə qərarlaşıb.

Xəbər xətti