Sənan Qurbanov: "Ağır dönəm yaşayırıq"

21:18 - 16 Sentyabr 2018

“Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov Topaz Premyer Liqasının IV turunda səfərdə “Sabah”a 0:1 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında fikirlərini bölüşüb.

 

Sportal.az xəbər verir ki, mütəxəssis öncə oyun barədə fikirlərini bölüşüb:

 

- Deyiləsi söz yoxdur. Oyun ərzində yalnız “Qəbələ” hücum edirdi. Kobud səhvdən sonra qol buraxdıq. Rəqibin belə oynayacağınız gözləyirdik. Ağır dönəm yaşayırıq, ardıcıl üç oyundur qələbə qazana bilmirik. Ancaq bu, bizi ruhdan salmamalıdır.

 

- Vəziyyətdən çıxış yolu tapmaq üçün nə etmək lazımdır?

- Qələbə qazansaydıq, burda başqa sözlər danışacaqdıq. Xeyli hücumlarımız oldu, amma top qapıya getmədi. Uşaqların psixoloji vəziyyətini düzəltməyə çalışacağıq.

 

- Hakim idarəçiliyindən razı qaldınız?

- Məğlubiyyətimizdə hakimin heç bir rolu olmadı. 1-2 epizod oldu, onların təkrarına baxmalıyıq. Ümumilikdə, narazı qaldığım məqam yoxdur.

Xəbər xətti