Elşad Əhmədov: "Bizə bir qədər vaxt lazımdır"

21:29 - 16 Sentyabr 2018

“Sabah”ın baş məşqçisi Elşad Əhmədov Topaz Premyer Liqasının IV turunda "Qəbələ"yə 1-0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında fikirlərini bölüşüb.

 

Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis öncə matçla bağlı danışıb:

 

- Çətin oyun oldu. Belə olacağını gözləyirdik. Uşaqlardan razıyam, sona qədər mübarizə apardılar. “Qəbələ” yaxşı oynadı, hesabda önə də keçə bilərdilər. Deyərdim ki, şansımız gətirdi.

 

- Komanda artıq liderlər sırasında qərarlaşır. Əsas hədəfiniz nədir?

- Bizim əsas hədəfimiz Premyer Liqada qalmaqdır. 

 

- Eltun Turabov milli komandada oynamağa hazırdır?

- Xeyr. Çatışmayan cəhətləri var.

 

- Komanda ilk hissədə tam gücünü ortaya qoyur, ancaq ikinci hissədə arxaya çəkilir. Bunun səbəbi fiziki hazırlıqdırmı?

- Deməzdim ki, bu, fiziki hazırlıqla bağlıdır. Bu barədə narahatlığımız yoxdur.  Yeni komandayıq deyə, belə şeylər normaldır. Azlıqda olduqda belə oyunçular çaş-baş qalmışdılar. Bizə bir qədər vaxt lazımdır. Gənc komandayıq, hər şeyi dəqiqliklə öyrənməliyik. 

Xəbər xətti