Təmkin Xəlilzadə: "Qol olmayanda bütün hirsi meydanda çıxırsan"

"Çempionatda müəyyən fasilə yaranmışdı. Həmin fasilə ərəfəsində komandamız yaxşı hazırlaşmışdı. Bizim üçün 3 xallıq oyun idi. Oyuna qalib gəlməyə çıxmışdıq".

 

Sportal.az xəbər verir ki, bu sözləri Topaz Premyer Liqasının IV turunda səfərdə "Sabah"a 0-1 hesabı ilə uduzan "Qəbələ"nin futbolçusu Təmkin Xəlilzadə jurnalistlərə açıqlamasında deyib. Millimizin üzvü oyun ərzində meydan sahiblərinin cəmi bir qol şansı yararatdığını bildirib:

 

"Rəqibə ani epizodda fərqlənmək şansı verdik. "Sabah" barədə çox danışmaq istəmirəm, amma oyun ərzində bizim zonaya cəmi bir dəfə gəldilər və o da qolla nəticələndi. İkinci hissədə bacardığımız etdik, amma qol vura bilmədik".

 

Xəlilzadə qaçırdığı qol şanslarına görə heyfsləndiyini deyib:

 

"Çempionat gərgin keçir. Bütün komandalar ciddi hazırlaşır. Biz də oyundan-oyuna daha yaxşı vəziyyətə gəlirik. Əlbəttə, nəticələrimiz azarkeşləri, rəhbərliyi və komandanı qane etmir. Bir həftə vaxtımız var. Növbəti tura ciddi hazırlaşacağıq. Səbirli olmaq lazımdır. Bir komandayıq. İstəyirəm ki, hücumlarımız qolla nəticələnsin. Qol olmayanda bütün hirsi meydanda çıxırsan. Elə fürsətlər qaçırırıq ki, onlar qolla nəticələnməli şanslardı".

 

Epizodların birində yerdə qalan "qırmızı-qaralar"ın futbolçusu hakim barədə danışmaq istəməyib: "Rəqib həm topa, həm də ayağıma toxundu. Penalti təyin etməyibsə, deməli, haqlı qərar olub. Hakimlik barədə danışmağı xoşlamıram".

 

25 yaşlı müdafiəçi növbəti turda "Qarabağ"a qarşı keçirəcəkləri oyuna ciddi hazırlaşacaqlarını vurğulayıb: "Həmin matça ciddi hazırlaşacağıq. İstəyirik ki, yaxşı nəticə əldə edək".

Tarix: 16 Sentyabr [21:52]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
14 Dekabr 2018
13  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio